ABŞ Suriyadakı hərbi mövcudluğuna dair açıqlama verdi

ABŞ-ın Baş Qərargah rəisi  Mark Milley ölkəsinin Suriyadakı hərbi mövcudluğuna dair açıqlama verib.

1303879
ABŞ Suriyadakı hərbi mövcudluğuna dair açıqlama verdi

ABŞ-ın Baş Qərargah rəisi  Mark Milley ölkəsinin Suriyadakı hərbi mövcudluğuna dair açıqlama verib.

Milley “ABC” televiziyasına verdiyi açıqlamada ABŞ-ın terror təşkilatı DEAŞ ilə mübarizəni davam etdirmək üçün Suriyada hərbçilərinin mövcudluğunun davam edəcəyini bildirərək, “Hərbçi sayının mindən az olacağı dəqiqdir, bəlkə 500 yaxud 600 olar” deyib.

Milley terror təşkilatı DEAŞ-a qarşı təzyiqin davam etdirilməməsi halında təşkilatın yenidən fəallıq qazana biləcəyini ifadə edib.

Terror təşkilatı DEAŞ-ın terrorbaşçısı Əbubəkir əl Bağdadinin öldürülməsinin təşkilat üzərində “dağıdıcı” təsirinin olduğunu vurğulayan Milley təşkilatın yeni başçısı barədə əhəmiyyətli səviyyədə məlumat əldə etdiklərini, imkan yarandıqda onu da ələ keçirəcəklərini söyləyib.



Әlaqәli Xәbәrlәr