Bərham Saleh ölkəsində DEAŞ ilə mübarizənin davam etməsini istəyib

İraq prezidenti ölkənin və ABŞ-ın daimi olaraq xarici qüvvələrin mövcudluğunu istəmədiklərini və terror təşkilatı DEAŞ ilə mübarizənin davam etdirilməsinin vacibliyini bildirib.

1590381
Bərham Saleh ölkəsində DEAŞ ilə mübarizənin davam etməsini istəyib

İraq prezidenti Bərham Saleh ölkənin və ABŞ-ın daimi olaraq xarici qüvvələrin mövcudluğunu istəmədiklərini və terror təşkilatı DEAŞ ilə mübarizənin davam etdirilməsinin vacibliyini bildirib. 

ABŞ-da "Brookings" institutunun "Orta Şərq və Yeni ABŞ İdarəçiliyi" başlıqlı onlayn konfransına qatılan Saleh terror təşkilatı DEAŞ-a qarşı vəzifənin hələ tamamlanmadığını, Suriyada terror yuvalarının olduğunu və terrora qarşı mübarizənin davam etməsinin vabic olduğunu söyləyib.

Saleh "İraq və ABŞ hökumətləri ölkədə daimi olaraq xarici qüvvələrin qalmasını istəmir" deyib.

İranla münasibətlərin İraqın və qonşularının sabitliyinə gətirib çıxaracağına ümid etdiyini qeyd edən Saleh ölkəsinin "üçüncü qüvvələrin güc savaşına səhnə olduğunu" vurğulayıb.

Ölkəsinin Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə əlaqələrini gücləndirmək üçün cəhd etdiyinə diqqət çəkən Saleh İraqın bölgədə əhəmiyyətli rol oynaya biləcəyini qeyd edib.

Qeyd edək ki, DEAŞ-a qarşı ABŞ-ın başçılığında qurulan koalisiyanın İraqda 2 min 500-ü ABŞ əsgəri olmaqla 3 min əsgəri var.



Әlaqәli Xәbәrlәr