Bəşər Əsəd rejimi İdlibdə yaşayış məntəqələrinə hücum edir

Suriyadakı Bəşər Əsəd rejimi və ona dəstək olanlar İdlibdə mülki yaşayış məntəqələrinə və hərbi müxalifətin cəbhə xəttlərinə hücum edir.

1103964
Bəşər Əsəd rejimi İdlibdə yaşayış məntəqələrinə hücum edir

Suriyadakı Bəşər Əsəd rejimi və ona dəstək olanlar İdlibdə mülki yaşayış məntəqələrinə və hərbi müxalifətin cəbhə xəttlərinə hücum edir.

Əsəd rejimi və İranın dəstəklədiyi xarici terror qrupları İdlib gərginliyi azaltma bölgəsi sədhədləri daxilində yerləşən və Soçi razılaşması çərçivəsində ağır silahlardan təmizlənən bölgədəki mülki yaşayış məntəqələrilə hərbi müxalifətin cəbhə xəttlərinə hücumlarını davam etdirir.

Azad Suriya Ordusu (ASO) hərbçilərindən ibarət Milli Azadlaşdırma Cəbhəsinin sözçüsü Naci Mustafa Əsəd rejiminin mülki yaşayış məntəqələrinə və hərbi müxalifətin ağır silahlarını çıxardığı cəbhə xəttlərinə hücum etdiyini bildirib.

"Əsəd rejimi qüvvələri Həma və İdlib şəhələrindəki cəbhə xəttlərimizə hücum təşkil edir. Rejim son olaraq dünən gecə saatlarında Həma vilayətinin Mamasin bölgəsindəki nəzarət yerimizə hücum edib. Hücumda 3 hərbi müxalif həyatını itirib, 4 nəfər yaralanıb. Rejim Soçi razılaşmasını davamlı pozur"-deyə Mustafa bildirib.

 Rejim qüvvələrinin İdlib ətrafına hərbi yığıncaq etdiklərini və hücumlarını davam etdirdiyini bildirən Mustafa İdlibəki Um Halahil, Cercenaz, Xan Şeyxun, Hələbdə Rəşidin, Həmada kəndində Gab Düzü və Lazkiyedə Türkmendağı və bir çox bölgəyə hücumlar həyata keçirirlər”ifadələrini işlədib.

 İdlibde rejim qüvvələrinin hücumlarında Türkiyə və Rusiya arasında Soçi razılaşmasının imzalandığı 17 sentyabrdan bəridir ümumilikdə 33 vətəndaş ölüb, çox sayda mülki vətəndaş yaralanıb.

 Rejim qüvvələrinin hücumları davam edərkən əsgəri müxaliflər razılıq əsasında müəyyən olunan bölgələrdən 10 oktyabrda ağır silahlarını çıxarmışdı.



Әlaqәli Xәbәrlәr