Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә zәrbәlәr endirmәyә davam edir

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının   verdiyi mәlumatda bildirilib.

1272228
Bәşәr Әsәdә sadiq qüvvәlәr İdlibә zәrbәlәr endirmәyә davam edir

 

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri  dünәn “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.

Mәlumatda  Bәşәr Әsәdә sadiq qüvvәlәrә mәxsus döyüş tәyyarәlәrin  İdlibin cәnubundakı Kefrenbil qәsәbәsi ilә Marrıthırme, Termela, Rekaya, Kefer Secne, Um Es, Seyr, Şeyh Mustafa, Nukkeyir vә Ureynibe kәndlәrinә ağır zәrbәlәr endirdiyi qeyd olunub.  

Bәşәr Әsәd rejiminin Hәmanın Sırmaniyyә vә Ureynibә kәndlәrinә dә hücum etdiyi bildirilir.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyon 42 min dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb.

Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә Rusiyanın deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki bölgәlәrә  26 aprel-19 avqust   tarixlәri arasında endirdiyi hücumlar nәticәsindә 800-dәn çox mülki vәtәndaş  hәlak olub.



Әlaqәli Xәbәrlәr