“Belə məsələlər həm Rusiya, həm ABŞ-ın fayda verəcəyi şəkildə həll olunmalıdır”, V.Putin

Video-konfrans yolu ilə Rusiya orta məktəb şagirdlərinin məzuniyyət proqramına qatılan V.Putin deyib...

1660195
“Belə məsələlər həm Rusiya, həm ABŞ-ın fayda verəcəyi şəkildə həll olunmalıdır”, V.Putin

 

  Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatları əsgərlərinin Əfqanıstandan çəkilməsinin Rusiya üçün mühüm bir inkişaf olduğunu söylədi.

  Video-konfrans yolu ilə Rusiya orta məktəb şagirdlərinin məzuniyyət proqramına qatılan V.Putin Cenevredə ABŞ prezidenti Co Baydenlə görüşü (16 iyun) ilə bağlı deyib: “Baydenə qarşı mediada yayılan bəzi tənqidlər həqiqəti əks etdirmir. Uzun yol gəldiyimizə baxmayaraq, 2 saat yarıma qədər etdiyimiz üz-üzə söhbətdə o, bütün məsələlərə tamamilə hakim idi. Çox professional bir adamdır və onunla danışarkən mövzunu qaçırmamaq üçün olduqca diqqətli olmaq lazımdır.

  ABŞ başçısı ilə iki ölkə arasındakı görüş ayrılıqlarını müzakirə etdik.

  “Qlobal silahlanma yarışı” probleminə gəlincə, bu məsələ Rusiyanın istəyilə  baş vermir. Bu yarış gizli və ya açıq şəkildə davam edir.

  Baydenlə görüşdə regional problemlərdən danışdıq. Məsələn, ABŞ əsgərləri Əfqanıstandan çəkilir. Ora bizə çox yaxın bir bölgədir. Tacikistanda hərbi bazamız var. Bu prosesə necə daxil olacağıq və ya bölgədə təhlükəsizliyi necə təmin edəcəyik, çox mühüm sualdır.

  ABŞ prezidenti ilə iqlim dəyişikliyi, qlobal istiləşmə və Arktika bölgəsindəki proseslərdən də danışdıq. Bu cür məsələləri qarşıdurma yaratmaq yerinə həm Rusiya, həm də ABŞ-ın fayda verəcəyi şəkildə həll etmək lazımdır."



Әlaqәli Xәbәrlәr