BMT İnsan Haqları Şurasının Suriyadakı uşaqlarla əlaqədar yeni hesabatı

BMT İnsan Haqları Şurası terror təşkilatı YPG/PKK üzvü terrorçuların Suriyadakı uşaqlardan döyüşçü kimi istifadə etdiyinə dair yeni məlumatlar bölüşüb.

1342340

Şura bölgədə uşaqların vəziyyətinə dair "Uşaqlarımın xəyallarını yox etdilər: Suriyada uşaq haqları” adı altında hesabat yayıb.

Hesabatda bildirilib: “Terror təşkilatı YPG/PKK 18 yaşdan aşağı qız və oğlan uşaqlarını təşkilata qəbul edir. Oğlan və qız uşaqlarından Hələb, Haseke, Aynel Ərəb (Kobani) və Rakkada terror təşkilatı tərəfindən istifadə edildiyi sübuta yetirildi. Uşaqlara silah verildiyini dair məlumat bölüşən qaynaqlardan biri silahlar çox böyük olduğu üçün 10 yaşında bir uşaq “kalaşnikov” avtomatı əlində sürüyə-sürəyə aparır.”

YPG-li terrorçuların uşaqlarını rejim məktəblərinə qeyd etdirən ailələri təhdid etdiyinə toxunulan hesabatda “ Şura yerli idarəcilərin Türkiyə rəsmilərinin dəstəyilə türkcə təhsil verən Afrin, Bab və Cerablusdakı məktəblərdə tədris planının tətbiqin dəstəklədiyini bildirib” ifadəsi işlədilib.

Hesabatda Şuranın ABŞ başçılığındakı beynəlxalq koalisiyanın dinc sakinlər üzərindəki mənfi təsirindən duyduğu narahatlığı da vurğulanıb.  

Әlaqәli Xәbәrlәr