Camal Xaşoqçi cinayəti ilə əlaqəsi olan Səudiyyə vətəndaşları Türkiyəyə verilməyəcək

Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr ölkəsinin Səudiyyə jurnalisti Camal Xaşoqçinin qətli ilə əlaqəsi olan vətəndaşlarının Türkiyəyə təhvil verilməyəcəyini açıqladı.

1103663
Camal Xaşoqçi cinayəti ilə əlaqəsi olan Səudiyyə vətəndaşları Türkiyəyə verilməyəcək

  Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr paytaxt Ər-Riyadda keçirilən 39-cu Körfəz Əməkdaşlıq Şurasının  zirvə görüşünün yekununda mətbuat konfransı təşkil etdi.

 Cübeyr konfransda Camal Xaşoqçinin Türkiyədə öldürülməsi ilə bağlı aparılan istintaq çərçivəsində qəbul olunan yaxalanma qərarları ilə bağlı məlumat verdi.

 Səudiyyəli nazir ölkəsinin Xaşoqçi cinayəti ilə əlaqəsi olan vətəndaşlarının Türkiyəyə təhvil verilməyəcəyini  bildirdi.

 "Şübhəlilər Səudiyyə Ərəbistanının Baş Prokurorluğuna göndərilib. Məhkəmə məsələsi ilə bağlı şərh vermirəm. Baş prokurorluğun öz sözçüsü var" ifadələrini işlədən Cübeyr Səudiyyə Ərəbistanının istintaqa faydası olacaq hər dəlilə açıq olduğunu bildirdi.

 Xarici İşlər naziri Səudiyyə Ərəbistanın heç bir şeyi gizli saxlamayacağını,  əldə edilən bütün məlumatları açıqlayacağını qeyd etdi.

 Xatırladaq ki, Səudiyyə jurnalisti Camal Xaşoqçi oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna nikah proseduru üçün getmiş və orada vəhşicəsinə öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr