Cavad Zərif: "B komandası"nın qalıqları Trampı müharibəyə cəlb etmək üçün aldatmağa çalışırlar"

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumu "müharibəyə səbəb" sayan ABŞ dövlət katibi Mayk Pompeonun prezident Trampı İrana qarşı müharibəyə cəlb edə bilmək üçün "aldatmağa" çalışdığını söylədi.

1272710
Cavad Zərif: "B komandası"nın qalıqları Trampı müharibəyə cəlb etmək üçün aldatmağa çalışırlar"

 

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumu "müharibəyə səbəb" sayan Amerika Birləşmiş Ştatlarının dövlət katibi Mayk Pompeonun prezident Trampı İrana qarşı müharibəyə cəlb edə bilmək üçün "aldatmağa" çalışdığını söylədi.

Zərif Pompeonun Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" zavodlarına təşkil edilən hücumda İranı günahlandırmağa davam edərək, hücumu müharibəyə səbəb kimi görməsinə "Twitter" hesabından cavab verdi.

Pompeonun İrana qarşı müharibəyə təhrik etdiyini ifadə edən Zərif: "B komandası"nın qalıqları və ambisiyalı müttəfiqləri Donald Trampı müharibəyə cəlb etmək üçün aldatmağa çalışırlar. Öz yaxşılıqları üçün axtardıqlarını əldə edə bilməmələri üçün dua etməlidirlər" deyə bildirdi.

Zərif  başqa bir ismarışında isə Pompeonun aprel ayında "Texas A&M" universitetində etdiyi çıxışında: "Mən Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoruydum. Yalan söylədik, aldatdıq və oğurladıq" dediyi görüntüləri bölüşərək, bunları qeyd etdi: "Köhnə vərdişlər asan unudulmur. Yalanlar və aldatma ilə tökülən qanları, xalqın xəzinəsindən xərclənənləri vecinə almayan xarici müştərilrə (Səudiyyə Ərəbistanı) yaltaqlıq son günlərdə zirvəyə çıxıb".

İranın xarici işlər naziri "B komandası" olaraq adlandırdığı Ağ Evin vəzifədən uzaqlaşdırılan milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonu, İsrailin baş naziri Binyamin Netanyahunu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı və Abu Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zeydi ABŞ-ı İrana qarşı müharibəyə təhrik etməkdə ittiham edir.

 

 

 

 

 

 



Әlaqәli Xәbәrlәr