Cavad Zәrif Cozef Borrelә mәktub ünvanlayıb

İran xarici işlәr naziri Mәhәmmәd Cavad Zәrif Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrelә ünvanladığı mәktubda nüvә razılaşması ilә bağlı xәbәrdarlıqlar edib.

1448682

Bu barәdә İran Xarici işlәr Nazirliyinin sözçüsü Abbas Musәvi mәlumat verib. Abbas Musәvi Cavad Zәrifin Cozef Borelә nüvә razılaşması ilә bağlı mәktub ünvanladığını bildirib.

Məktubda Atom Enerjisi üzrә Beynәlxalq  Agentliyinә Iranla bağlı tәqdim etdiklәri layihәyә görә  Almaniya, Fransa və İngiltərəni tənqid edən Mәhәmmәd Cavad Zәrif İran və Atom Enerjisi üzrә Beynәlxalq Agentliyinә edilən hər hansı bir müdaxilənin nüvә sazişinә zidd olduğunu vә bunun mövcud  әmәkdaşlığa mәnfi  təsir göstərə biləcəyi ilә bağlı xәbәrdarlıq edib.

Almaniya, Fransa vә İngiltәrәnin nüvә sazişinә әmәl etmәdiyini bildirәn Cavad Zәrif problemin hәll edilmәsi üçün birgә komissiyanın mәsәlәyә daxil olmasını istәyib.

Әlaqәli Xәbәrlәr