Deputatlar Xəzər dənizi suyunun Simnana nəqlinə etiraz bildirdilər

İran Milli Məclisində bir qrup deputat Xəzər dənizinin suyunun Simnan əyalətinə gətirilməsilə bağlı qanun layihəsinə etiraz bildirdi.

1287576
Deputatlar Xəzər dənizi suyunun Simnana nəqlinə etiraz bildirdilər

 

  İran Milli Məclisində bir qrup deputat Xəzər dənizinin suyunun Simnan əyalətinə gətirilməsilə bağlı qanun layihəsinə etiraz bildirdi.  

  İran mediasına görə, Xəzər dənizi ətrafındakı əyalətləri təmsil edən bir sıra deputatlar göl sularının paytaxt Tehranın şərqindəki Simnan əyalətinə nəqlinə dair layihəyə qarşı çıxıb.

  Gilan əyaləti üzrə deputat Kazım Dilhuş Əbateri və Mehrdad Bauc Lahuti, Mazandaran əyaləti deputatı İzzetullah Yusufiyan Molla, Kasım Əhmədi Laşeki və Əliyyən Nanevakenarinin də aralarında olduğu millət vəkilləri məclisin növbəti iclasında "Xəzərin suyunun daşınmasına yox deyirik", "Xalq Xəzər dənizinin məhv olmasına yol verməyəcək" kimi yazılı plakatlar açaraq hamını layihənin rədd edilməsinə çağırıb.

  Qeyd edək ki, Mazandaran sahilindən ildə 200 milyon kubmetr suyun Simnan əyalətinə daşınmasını ehtiva edən layihəyə deputatlar ətraf mühit problemləri və yüksək enerji istehlakına yol açılacağı üçün qarşı çıxırlar.



Әlaqәli Xәbәrlәr