Dmitri Medvedev: “İki  ölkə  arasında yenidən güclü əlaqələr bərpa edilə bilər”

Rusiyanın Baş naziri Dmitri Medvedev, Ukraynanın  yeni rəhbərliyini   məntiqli siyasət izləmiyə  çağırıb  və Ukrayna ilə Rusiya arasındakı qarşılıqlı güclü  əlaqələr  üçün  hələ də  imkan olduğunu bildirib.

1187929
Dmitri Medvedev: “İki  ölkə  arasında yenidən güclü əlaqələr bərpa edilə bilər”

Medvedev  sosial  media hesabından  verdiyi   açıqlamada  Vladimir Zelenskinin Ukraynada prezident seçkilərindəki  qələbəsinə  münasibət bildirib: “Ukrayna ilə Rusiya arasında əlaqələrin  normallaşması üçün əvvəlcə ölkənin şərqindəki vəziyyət daxil olmaqla, bütün siyasi gerçəkləri   nəzərə  alan dürüst, praqmatik və məsul bir yanaşmaya   zərurət  var. Buna  görə  yeni Ukrayna  hökumətinə  məntiq çağırışı  edirik.   İki   ölkə   xalqları arasında dərin əlaqələrin dəyərini  idrak   etmək siyasi konyunkturdan  daha   üstün olmalıdır. Rusiya ilə Ukrayna arasında  məhv  edilən iqtisadi  əlaqələrin  yenidən   bərpa  edilməsi milyonlarla Ukraynalının  sosial problemlərinin həllinə  töhfə   verəcək”-deyə    Medvedev  vurğulayıb.



Әlaqәli Xәbәrlәr