Erməni generaldan etiraf: "İskander" raketindən istifadə etdik

Movses Akopyan Ermənistan ordusunun Dağlıq Qarabağdakı qarşıdurmalar zamanı nüvə başlığı ilə təchiz oluna bilən Rusiya istehsalı olan "İskander" raketindən istifadə etdiyini açıqlayıb.

1531618
Erməni generaldan etiraf: "İskander" raketindən istifadə etdik

Ermənistan Müdafiə Nazirliyindən istefa edən general Movses Akopyan Ermənistan ordusunun Dağlıq Qarabağdakı qarşıdurmalar zamanı nüvə başlığı ilə təchiz oluna bilən Rusiya istehsalı olan "İskander" raketindən istifadə etdiyini açıqlayıb.
Akopyan Yerevanda Ermənistan ordusunun Dağlıq Qarabağdakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
Erməni ordusunun "İskander" raketləri ilə mülki yaşayış məntəqələrinə hücum etməsi iddialarına münasibət bildirən Hakopyan "Ermənistan ordusu "İskander" raketlərindən Dağlıq Qarabağdakı qarşıdurmalar zamanı istifadə etdi, onların harada istifadə edildiyi barədə məlumat verə bilmərəm" deyib.
Ermənistanın Rusiyadan "Su-30M" döyüş təyyarələri almasını tənqid edən Akopyan “Lazımi raketləri ala bilmədiyimiz üçün təyyarələrdən istifadə edə bilmədik. Rusiya bu raketlərin satışının qarşısını aldı. Ayrıca, yararsız hava hücumundan müdafiə sistemləri də aldıq" deyə bildirib.
Digər tərəfdən, Ermənistan Baş Prokurorluğu, Akopyanın ifadələrinə qarşı istintaq başlanacağını bildirib.
Azərbaycan Baş Prokuroryuğunun verdiyi açıqlamada Ermənistan ordusunun Azərbaycana qarşı etdiyi hücumlarda 91 mülki şəxsin öldüyü və 404 mülki şəxsin yaralandığını bildirilib.



Әlaqәli Xәbәrlәr