Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib

Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.(YENİL

1590513
Ermənistan ordusunun Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edib

Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləriyaydıqları bəyanatla bağlı verdiyi açıqlamada mövqeyimizi təsdiq edirik. İstefa çağırışı hərhansı təzyiq nəticəsində edilməmişdir" deyilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı vəzifəsindən azad edib.

Baş Qərargah rəisi Onik Qasparyan, onun müavinləri, şöbə müdirləri və bütün böyük hərbi birləşmələrin komandirləri tərəfindən bu barədə bəyanat imzalamışdı.

Bəyanatda qeyd olunmuşdu ki, Baş nazir və onun hökuməti indiki çətin məqamda uyğun qərarlar qəbul etmək iqtidarında deyil.

Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və tərəfdarlarını meydana çıxmağa çağırıb.

Paşinyan onun istefasını tələb edən ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanı da vəzifəsindən azad edib.

"Rəsmi Moskva Ermənistandakı hadisələrin inkişafını narahatlıqla izləyir".

Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov söyləyib.

"Biz bu hadisələri yalnız Ermənistanın daxili işi hesab edirik. Vəziyyət konstitusion nəzarət altında qalmalıdır", - o bildirib.



Әlaqәli Xәbәrlәr