Fələstinlilərə qarşı yeni bir  cebhə  açmaq səhv olar

İordan çayının qərb sahili və Qəzza Zolağında Fələstinlilərə   qarşı  yeni  bir  cebhə   yaradmaq istəmirik. Bunu İsrail Baş naziri Binyamin Netanyahu deyib.

1103672
Fələstinlilərə qarşı yeni bir  cebhə  açmaq səhv olar

İsrailin Yediot Ahronot qəzetinin xəbərinə görə Baş nazir Binyamin Netanyahu, Likud partiyası mənsubu nazirlər ilə təşkil etdiyi yığıncaqda etdiyi çıxışında ölkəsinin İran və Hizbullaha qarşı əməliyyatlar başlatdığını, belə bir dövrdə Fələstinlilərə qarşı başqa bir cebhədə mübarizənin səhv olacağına diqqət çəkib.

Ordunun Hizbullahın tunellərini bir-bəbir gün işığına çıxararaq dağıdmağa çalışdığını ifadə edən Netanyahu vurğulayıb ki, İranı Suriya ərazilərindən çıxarmaq, Hizbullahı beynəlxalq cəmiyyət nəzdində etibarsızlaşdırmaq, məhz rəsmi Tehrana istiqamətli embarqoları daha da ağırlaşdırmaq üçün lazımlı addımları atmaqda davam edirik. Mövcud vəziyyət qarşısında Fələstinlilərə qarşı ayrı bir cebhə yaradmaq  istəmirik.  Ancaq məcburiyyət qarşısında buna da  hazırıq və Qəzza Zolağına daha ətraflı əməliyyatdan imtina etmərik. Ordumuz Livan sərhəddindən İsrailə qədər uzanan yeni bir tünel gün işığına çıxardı. 200 metr uzunluqda olan və 40 metri İsrail ərazilərinə uzanan tüneli dağıdmaq üçün 4 Dekabrda əməliyyat həyata keçirildi” – deyə Baş nazir B. Netanyahu bildirib.

Qeyd edək ki, Hizbullahdan İsrail ordusunun əməliyyatı və tunel iddialarıyla bağlı açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr