Fanatik Yəhudilər Əl-Əqsa Məscidinə basqın veriblər

İsrail polisinin müşayiəti ilə fanatik Yəhudilər işğal altında olan Şərqi Qüdsün İçəri şəhərindəki Əl-Əqsa Məscidinin həyətinə daxil oldular.

1659919
Fanatik Yəhudilər Əl-Əqsa Məscidinə basqın veriblər

Qüds İslam Vəqfləri İdarəsindən yayılan açıqlamada bildirilib ki, 147 fanatik Yəhudi Məscidül-Əqsanın cənub-qərbindəki Əl-Magaribə (Fas) darvazasından Hərem-i Şerifə basqın edib. İsrail polisinin müşayiət etdiyi Yəhudi qrup Harəm-i Şərifin həyətində gəzdikdən sonra Məscidül-Əqsadan çıxıb. Açıqlamada həmçinin vurğulanıb ki, fanatik Yəhudilərin Hərəm-i Şərifə belə basqınlar verməsi bölgədə gərginliyin tarıma çəkilməsinə səbəb olur.



Әlaqәli Xәbәrlәr