Əfqanıstanda hökumət qüvvələri ilə taliban arasında qarşıdurmalar davam edir

Əfqanıstanda hökumət qüvvələri 8 İyunda Talibanın nəzarətinə keçən Faryab vilayətinin Dövlət Abad qəsəbəsini geri alıb.

1659109
Əfqanıstanda hökumət qüvvələri ilə taliban arasında qarşıdurmalar davam edir

Faryab Polis İdarəsinin sözçüsü Kərim Yuris mətbuata verdiyi açıqlamada, təhlükəsizlik qüvvələrinin Dövlət Abad qəsəbəsini Talibandan azad etmək üçün həyata keçirdiyi əməliyyat nəticəsində çox sayda Taliban üzvünün öldürüldüyünü, təhlükəsizlik qüvvələri ilə taliban silahlılar arasında qarşıdurmaların rayonun ətrafında davam etdiyini bildrib.

Qeyd edək ki, iki gün əvvəl, ölkənin şimalındakı Sar-i Pul vilayətinin Səyyad rayonuna da nəzarət Talibana keçib.

Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, hazırda ölkə ərazisinin 50-70%-i talibanın nəzarətindidir. Əfqanıstanın böyük bir hissəsində isə təhlükəsizlik qüvvələri ilə Taliban arasında qarşıdurmalar davam edir.



Әlaqәli Xәbәrlәr