Hulusi Akar prezident Ərdoğanın səfəri əvvəlində Qətərdə görüşlər keçirib

Milli Müdafiə naziri Hulusi Akar Qətər Baş nazirinin müavini və müdafiə naziri Xalid İbn  Muhammed əl-Atiyyə ilə görüşüb.

1743282
Hulusi Akar prezident Ərdoğanın səfəri əvvəlində Qətərdə görüşlər keçirib

Hulusi Akar prezident Rəcəb Tayyib Ərdoğanın  reallaşdıracağı   səfər  ilə  əlaqəli  hazırlıqlar çərçivəsində Qətərin paytaxtı Dohada görüşlər keçirib.

TRT-nin   xəbərinə   görə    Akar- Əl  atiyyə  arasında  baş  tutan   görüşdə  ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahəsində  əməkdaşlıq mövzuları  müzakirə   olunub. Qarşılıqlı hərbi təlim əməkdaşlığının  irəli   pillələrə  qaldırılmasının  vacibliyi  vurğulanıb. 

Hulusi Akar Qətərdə türk əsgərlərini də ziyarət edib. Burada   etdiyi  çıxışında  ölkədəki Türk hərbiçilərin  uğurlu   fəaliyyətlərini  yaxından izlədiklərinə   diqqət  çəkib   və  bunu  yüksək  qiymətləndirdiyini,  qarşıdakı dövrdə də davam  etməsini arzuladığını, əməkdaşlığı  gücləndirmək  üçün həm Qətərdə, həm də Türkiyədə  birgə   hərbi  təlimlərin  keçirilməsinin  əhəmiyyətini  qeyd  edib.  Qətərlə  ilə  Türkiyə  arasındaki  əməkdaşlığın üçüncü ölkələrə qarşı  yox, iki  ölkə  xalqlarının hüquqlarını  müdafiə etmək və çəkindirmə gücünü  artırmaq   məqsədli  olduğunu  sözlərinə  əlavə  edib.



Әlaqәli Xәbәrlәr