İdlibdә yaşayış mәntәqәlәrinә hücum nәticәsindә dinc vәtәndaşlardan dördü hәlak olub

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının   verdiyi mәlumatda bildirilib.

1281968
İdlibdә yaşayış mәntәqәlәrinә hücum nәticәsindә dinc vәtәndaşlardan dördü hәlak olub

 

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücumlar  nәticәsindә dörd  dinc sakin dә hәlak olub.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

Mәlumata әsasәn,Bәşәr Әsәd rejiminә məxsus döyüş təyyarələri  dünәn “İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki qәsәbәlәrә vә kәndlәrә ağır zәrbәlәr endirib.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının   verdiyi mәlumatda bildirilib.

‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatından verilәn mәlumata әsasәn, Bәşәr Әsәdә sadiq qüvvәlәrә mәxsus döyüş tәyyarәlәrinin İdlibin Marrıthırem, Maarzite, Rekaya, Ureynibә,  Amiriyyә ve Fekii kәndlәrinә ağır zәrbәlәr endirib.  Hücumlar nәticәsindә dörd  dinc sakinin hәlak olduğu bildirilib.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә çox sayda adam  hәlak olub, çox sayda  adam da müxtәlif dәrәcәli xәsarәtlәr alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir. Rejim qüvvәlәrinin 2018-ci ilin 17 sentyabr tarixindәn etibarәn bölgәyә endirdiyi hücumlar nәticәsindә 1 milyon 42 min dinc sakin evlәrini tәrk etmәk mәcburiyyәtindә qalıb, 1300 mindәn çox adam da hәlak olub.

Qeyd edәk ki, Bәşәr Әsәd rejimi vә Rusiyanın deeskalasiya bölgәsi sәrhәdlәri daxilindәki bölgәlәrә  26 aprel-19 avqust   tarixlәri arasında endirdiyi hücumlar nәticәsindә 800-dәn çox mülki vәtәndaş  hәlak olub.



Әlaqәli Xәbәrlәr