İran Avropanın İran ilə xüsusi ticarət mexanizmini tənqid etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Avropa ölkələrinin ABŞ sanksiyalarına rəğmən İran ilə ticarətə davam edə bilmək üçün yaratdıqları xüsusi ticarət mexanizminin dərman və qida ticarəti ilə məhdudlaşdırılmasına reaksiya göstərdi.

1146578
İran Avropanın İran ilə xüsusi ticarət mexanizmini tənqid etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasımi Böyük Britaniya, Fransa və Almaniyanın Amerika Birləşmiş Ştatlarının sanksiyalarına rəğmən İran ilə ticarətə davam edə bilmək üçün yaratdıqları xüsusi ticarət mexanizminin dərman və qida ticarəti ilə məhdudlaşdırılmasına reaksiya göstərdi.
 
Kasımi  İNSTEX adı verilə xüsusi ticarət mexanizmində ABŞ-ın sanksiya  siyahısında göstərilən məhsulların adının olmamasını tənqid etdi.

Xarici İşlər Nazirliyinin sözçüsü bunu Mehr Xəbər Agentliyinə verdiyi müsahibəsində bildirdi.

Kasımi müsahibəsində: "İNSTEX yalnız dərman və qida məhsullarının ticarətini nəzərdə tutur. Bu mexanizm ABŞ-ın sanksiya siyahısındakı məhsulları əhatə etmir. Bu, doğru deyi. Bəzi Avropa ölkələrinin İranla əlaqəsi yaxşı deyil. Onlar İranın həqiqətlərini başa düşmürlər. Avropada bəzi təbəqələr İrana təzyiq etməyə çalışırlar" dedi.

Qeyd edək ki, Fransa, Böyük Britaniya və Almaniya xarici işlər nazirləri yanvarın 31-də Rumıniyanın paytaxtı Buxarestdə İranla ticarət üçün müştərək ödəmə mexanizmi və şirkət qurduqlarını elan etdikdən sonra İNSTEX-in mərkəzinin Fransanın paytaxtı Parisdə yerləşəcəyini və rəhbəri alman Per Fischer olacağını bildirmişdilər.

Bu  mexanizm Avropa İttifaqına ABŞ dollarından istifadə etmədən İranla ticarət imkanı yaradacaq.

Mexanizm ilkin mərhələdə sanksiyalara daxil olmayan dərman və qida məhsullarını əhatə edəcək, İranın neft ticarətinə imkan yaratmayacaq.



Әlaqәli Xәbәrlәr