İran Dağlıq Qarabağda seçkilərə münasibət bildirdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Yuxarı Qarabağ bölgəsində qondarma prezident və parlament seçkiləri ilə əlaqədar yazılı bir açıqlama verərək bildirib...

1388682
İran Dağlıq Qarabağda seçkilərə münasibət bildirdi

 

  İran Ermənistanın işğalı altında olan Azərbaycanın Yuxarı Qarabağ bölgəsindəki qondarma seçkilərin Qarabağ məsələsinin həllini çətinləşdirəcəyi barədə xəbərdarlıq etdi.

  İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Yuxarı Qarabağ bölgəsində qondarma prezident və parlament seçkiləri ilə əlaqədar yazılı bir açıqlama verərək bildirib: "İki qonşumuz olan Azərbaycan və Ermənistan aralarındakı problemlərin həllini çətinləşdirən hər hansı cəhddən çəkinməlidir. Seçkilər bölgədəki gərginliyi artıra bilər. İran bölgədəki gərginliyi və fikir ayrılıqlarını artıracaq istənilən addımın əleyhinədir. Biz Qarabağ məsələsinin beynəlxalq hüquq normaları və sülh yolu ilə həllinin tərəfdarıyıq”.



Әlaqәli Xәbәrlәr