İran Milli Neft Şirkətinə məxsus neft tankerində partlayış olub

Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığında İran Milli Neft Şirkətinə məxsus neft tankerində partlayış olub. (YENİLƏNİB)

1286028
İran Milli Neft Şirkətinə məxsus neft tankerində partlayış olub

Səudiyyə Ərəbistanının Ciddə limanının yaxınlığında İran Milli Neft  şirkətinə məxsus  "Sabity" adlı neft tankerində 2 partlayış olub.

İranın rəsmi xəbər agentliyi “IRNA”-da yer alan xeberde Ciddi şeheri sahillerinde Qırmızı dənizdə İrana məxsus neft tankerində iki partlayış baş verib.

Partlayışlardan sonra tankerdəki neft Qırmızı dənizə sızıb. 

Digər tərəfdən İran Milli Neft şirkətinin dövlət mediasında yer alan açıqlamasında partlayışlara iki raketlə edilən hücumun səbəb ola biləcəyi bildirilib.

Qırmızı dənizdən çıxmaq üzrə olan tankerin iki ana anbarına ağır ziyan dəydiyi, hadisədə yaralanan olmadığı qeyd edilib.



Әlaqәli Xәbәrlәr