İran neft naziri Zəngənə ölkənin mövcud vəziyyətinə münasibət bildirib

İranın iqtisadi vəziyyəti İraq müharibəsi illərindəkinə müqayisədə daha pis hesab edilir. Bunu İranın neft naziri Bijen Namdar Zəngənə deyib.

1272686
İran neft naziri Zəngənə ölkənin mövcud vəziyyətinə münasibət bildirib

Nazir Paytaxt Tehranda İran-İraq müharibəsində xidmət edən komandirlərin iştirakı ilə təşkil edilən 31-ci “Müharibə Komandirləri” konfransında çıxış edib. Zəngənə: “8 il davam edən İran-İraq müharibəsindəki şərtlər bu günküdən daha yaxşı idi. Çünkü o dövrdə neft satırdıq, Məhsul idxal edirdik və ölkə iqtisadiyyatı işləyirdi. Yeganə problemimiz hava zərbələrinə qarşı mübarizə idi. İndi isə neft satabilmirik. Bank əməliyyatları reallaşdıra bilmirik. Məhsul idxalımızın qarşısı alınır. Budur ki hazırda müharibə dövrünkündən 10 dəfə daha çətin problemə qarşı mübarizə edirik. İran rejiminin müxalifləri olan Xalqın Mücahidləri Təşkilatı, Ağ Evə nüfuz edib. ABŞ, İsrail və Xalqın Mücahidləri Təşkilatı İrana qarşı müharibə halındadır. Bu müharibəni “Son müharibə” adlandırır və düşmanın iqtisadi müharibəsi olan bu son qarşıdurmada lazımlı mübarizəni sərgiləmənin vacibliyinə inanıram”-deyə Zəngənə vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr