İran prokurorluğu “Telegram”la bağlı istintaqa başlayır

Ölkənin rəsmi İRNA agentliyinin verdiyi xəbərə görə...

1388645
İran prokurorluğu “Telegram”la bağlı istintaqa başlayır

  İranda populyar mesajlaşma tətbiqi olan “Telegram”ın 42 milyon istifadəçisinin məlumatları internetə sızıb.

  Ölkənin rəsmi İRNA agentliyinin verdiyi xəbərə görə, 2018-ci ildən “Telegram”ın rəsmi olmayan versiyasından istifadə edən 42 milyon istifadəçinin telefon nömrəsi və istifadəçi adı kimi məlumatlar internetdə hakerlər tərəfindən yayımlanıb.

  İran İnformasiya Texnologiyaları Təşkilatının prezidenti Əmir Nazimi “twitter” hesabından bildirib: “Məlumatlar hakerlərə aid olduğu düşünülən "Şikar" (Av) saytı tərəfindən internetə sızıb. Veb saytın "Respina" server şirkətindən xidmət aldığı məlum olub. Məsələ ilə əlaqədar prokurorluq istintaqı başlayacaq”.



Әlaqәli Xәbәrlәr