İran: Qərb ölkələri "xoşməramlılıq" nümayiş etdirəcəyi təqdirdə razılıq əldə oluna bilər

İran Qərb ölkələrinin "xoşməramlılıq" nümayiş etdirəcəyi təqdirdə Avstriyanın paytaxtı Vyanada davam edən nüvə danışıqlarında razılığın əldə oluna biləcəyini açıqlayıb.

1741864

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan "Twitter" hesabından etdiyi paylaşımda Vyanada İran ilə nüvə razılaşmasının tərəfləri arasında aparılan danışıqları dəyərləndirib.

Abdullahiyan görüşlərdə İranı təmsil edən baş müzakirəçi və xarici işlər nazirinin müavini Əli Bakiri ilə gündəlik təmasda olduğunu və danışıqların ciddilik və sanksiyaların ləğvi kimi əsas prioritetlər istiqamətində irəlilədiyini bildirib.

Abdullahiyan "Qərb xoşməramlılıq nümayiş etdirsə, yaxşı anlaşma əldə edilə bilər. Biz rasional, ölçülüb-biçilmiş və nəticəyönümlü dialoq axtarırıq" ifadələrdən istifadə edib.

İran və nüvə sazişi tərəfləri arasında sazişin canlandırılması və ABŞ-ın razılaşmaya qayıtmasının müzakirə edildiyi yeddinci raund danışıqlar beş aylıq fasilədən sonra noyabrın 29-da davam etdirilib. Avropa İttifaqının (Aİ) koordinasiyası ilə Rusiya, Çin, İngiltərə, Fransa və Almaniyanın yer aldığı danışıqlarda 2018-ci ildə sazişdən birtərəfli qaydada çıxmış ABŞ isə vasitəli olaraq iştirak edir.

Әlaqәli Xәbәrlәr