İran sanksiyalarının ləğvi mövzusunda Fransadan yardım istəyib

İran prezidenti İbrahim Rəisi Fransa prezidenti Emmanuel Makrondan ABŞ-ın sanksiyalarının ləğvi üçün səy göstərməsini tələb edib.

1740786
İran sanksiyalarının ləğvi mövzusunda Fransadan yardım istəyib

TRT xəbər verir ki, bu barədə İranın prezident administrasiyasından açıqlama verilib. Bildirilib ki, Rəisi və Makron arasında baş tutan telefon danışığı zamanı nüvə razılaşmasına dair müzakirələr dəyərləndirilib. Rəisi Fransalı həmkarına: “ İran nüvə sazişi çərçivəsindəki öhdəliklərinə əməl edir. Əgər siz Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) səlahiyyətli orqan kimi qəbul edirsinizsə və ona güvənirsinizsə, bilməlisiniz ki, Agentlik İranın öz öhdəliklərinə sadiq qaldığını dəfələrlə təsdiqləyib. Verdiyi vədlərə sadiq qalmayan tərəf ABŞ olub. Avropa ölkələri də öz öhdəliklərini yerinə yetirməyib. Vədlərini pozanlardan soruşulmalıdır ki, niyə öhdəliklərini yerinə yetirməyiblər. Lakin İranın sözünə sadiq qaldığı aşkardır. “MAQATE”-nin direktoru Rafael Qrossinin İranın üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyinə dair indiyə dək heç nə deməməsi bunun göstəricisidir. Biz agentliklə əməkdaşlığı davam etdirməkdə hazırıq. Əgər danışıqlardan nəticə əldə etmək istənirsə razılaşmanı pozanlar qarşı tərəfin etimadını qazanmalıdır. ABŞ sanksiyaları ləğv və Avropa ölkələri öz öhdəliklərinə əməl edərsə, İran indiyə qədər olduğu kimi bundan sonra da vədlərinə nöqsansız əməl edəcək. İran məhsuldar və sanksiyaların ləğvi ilə nəticələnəcək danışıqlar istəyir. Sanksiyaların ləğv edilməsi və Avstriyanın paytaxtı Vyanada keçirilən danışıqlardan müsbət nəticə əldə olunmasının təmini üçün iştirakçı ölkələr ilə əməkdaşlıq etməyinizi xahiş edirəm”-deyə rəisi bildirib.

Makron isə nüvə razılaşmasını ortaq məsuliyyət məsələsi kimi gördüklərini və bütün tərəfləri müqaviləyə qaytarmaq üçün ciddi addımlar atdıqlarını bildirib və ABŞ prezidenti Co Baydenlə məsələ ilə əlaqəli danışıqlar apardığını, müzakirələr yekunlaşana qədər sözmövzusu danışıqları davam etdirəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr