İranda hәrbi tәlim zamanı 19 nәfәr hәlak olub

Bu barәdә İranın rәsmi İRNA xәbәr agentliyi mәlumat yayıb.

1414871
İranda hәrbi tәlim zamanı 19 nәfәr hәlak olub

 

İranın Hərbi Dəniz Qüvvələrinin Fars körfәzindә keçirdikləri manevr zamanı qәza baş verib. Hadisә nәticәsindә 19 nәfәrin öldüyü, 15 nәfәrin dә yaralandığı bildirilib.

Bu barәdә İranın rәsmi İRNA xәbәr agentliyi mәlumat yayıb. Mәlumata görә, qәza ‘‘Konarek’’ hәrbi gәmisindә baş verib. Xәbәrdә hadisәnin tәfәrrüatları ilә bağlı mәlumat verilmәyib.

İran media orqanları İran donanmasının Fars körfәzindә keçirdiyi manevr zamanı ölkәyә aid bir hәrbi gәmini sәhvәn vurğudunu vә onlarla adamın öldüyünü bildirmişdi.İran ordusundan verilәn açıqlamada isә hadisәyә sәbәb ‘‘Konarek’’ hәrbi gәmisindә baş verәn qәzanın olduğu vә bir nәfәrin öldüyü bildirilmişdi.



Әlaqәli Xәbәrlәr