İranda İbrahim Rəisi 8-ci prezident oldu

İranda rəsmi olmayan nəticələrə görə, mühafizəkar namizəd, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, 13-cü prezident seçkilərində qalib gələrək ölkənin 8-ci prezidenti oldu.

1661003
İranda İbrahim Rəisi 8-ci prezident oldu

İranda keçirilən 13-cü Prezident seçkilərinin ilk rəsmi nəticələrinə görə mühafizəkar namizəd Rəisi 28 milyon 600 min səsdən 17 milyon 800 minini qazanaraq seçkidə qələbə qazanıb.

Qeyri-rəsmi nəticələrə görə, mühafizəkar namizəd, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, 13-cü prezident seçkilərində qalib gələrək ölkənin 8-ci prezidenti oldu.

Dünən (18 iyun) İranda keçirilən seçkilərin rəsmi nəticələrinin Daxili İşlər Nazirliyi Seçki Mərkəzi tərəfindən elan edilməsi gözlənilərkən, qeyri-rəsmi nəticələrə görə, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi seçkilərdə qələbəni zəmanət altına alıb. 

İslahatçı namizəd, keçmiş Mərkəzi Bankın rəhbəri Əbdülnasir Hümməti, mühafizəkar namizədlər, İnqilab Keşikçiləri Ordusunun keçmiş Baş komandanı Möhsin Rezai və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi yaydıqları açıqlamalarla Rəisini təbrik ediblər. 

Prezident Həsən Ruhani xalq tərəfindən seçilən prezidentin bəlli olduğunu bildirərək vəzifəni 45 gündən sonra ona təhvil verəcəyini deyib.



Әlaqәli Xәbәrlәr