İranda PUA hücumu nəticəsində iki nəfər öldü
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri tərəfindən silahlı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumu nəticəsində 2 nəfər həlak olub.
İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində təhlükəsizlik qüvvələri tərəfindən silahlı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumu nəticəsində 2 nəfər həlak olub.
İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı məlumata görə, vilayətin “Şuru” bölgəsində “terror təşkilatı” üzvlərinə məxsus avtomobil təhlükəsizlik qüvvələri tərəfindən hədəf alınıb.
Hücumda 2 nəfərin öldüyü, “terrorçu” adlandırılan şəxslərin hansı təşkilata mənsub olduqları bildirilməyib.
İranla Pakistan sərhədində yerləşən Sistan-Bəlucistan əyaləti vaxtaşırı silahlı və bombalı hücumlar törədən “Ceyşul Adl” adlı təşkilatın hücumlarına məruz qalır.
Әlaqәli Xәbәrlәr
Rusiya nüvə silahından istifadə təlimləri keçirəcək
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki ...
Tacikistan, Qırğızıstan və Özbəkistan vətəndaşları Rusiyaya qəbul edilmir
Rusiya gömrükçüləri baş örtülü qadınların, saqqallı, lakin bığsız kişilərin keçidini qəbul etmir