İranda sel fəlakəti can alıb

İranın cənub-qərbində güclü yağışın səbəb olduğu sel fəlakəti nəticəsində 4 nəfər ölüb.

1387572
İranda sel fəlakəti can alıb

İranın cənub-qərbində güclü yağışın səbəb olduğu sel fəlakəti nəticəsində 4 nəfər ölüb.
İranlı İşçilər (İLNA) xəbər agentliyinin məlumatına görə, İranın Fövqəladə Hallar İdarəsinin sözçüsü Mücteba Halidi,ölkənin cənub-qərbində fasiləsiz yağan yağışın sel fəlakətinə səbəb olduğunu söyləyib.
Halidi Fars, Huzistan və Kohgiluye-Buyer Əhməd bölgələrində sel fəlakətində 4 adamın öldüyünü bildirib.
Sözçü Halidi Xuzistan əyalətinin Dezful şəhərində sel sularında sürüşən bir adamın öldüyünü qeyd edib.
Qeyd edək ki, İranın cənub-şərqində ötən həftə təsirli olan yağışların yaratdığı sel fəlakətində 14 nəfər həyatını itirdi, kənd təsərrüfatı əraziləri və infrastruktura ciddi ziyan dəydi.


Etiketlәr: #sel fəlakəti

Әlaqәli Xәbәrlәr