İranın ali rəhbəri Əli Xamenei prezident seçkiləri barədə danışıb

ABŞ, İngiltərə və onların nəzarətindəki media orqanları İrandakı seçkilərin qanuniliyini şübhə altına almaq üçün sıx təbliğat aparırlar, bunu İranın ali ruhani rəhbəri Əli Xamenei deyib.

1659736
İranın ali rəhbəri Əli Xamenei prezident seçkiləri barədə danışıb

Əli Xamenei, Sabah keçiriləcək 13-cü Prezident Seçkiləri ilə bağlı dövlət televiziyasında canlı yayımlanan müraciətində xarici mətbuatın İran seçkiləri əleyhinə yayımlarını tənqid edib. Xalqın sabah (18 iyun) keçiriləcək seçkilər ilə ölkənin taleyini müəyyən edəcəyinə diqqət çəkən Xamenei: “Seçkilirdə fəallıq arzu edilən seviyyədə olacaq və rejimə hörmət göstəriləcək. Fəallığın yüksək olması ölkənin ictimai nizamı baxımından əhəmiyyətlidir. Cümhuriyyət olmazdan İslam Respublikası olmaz. İran düşmənləri seçkilər əleyhinə təbliğatlar aparırlar. Bu Əks-təbliğatlar seçkilərdən xeyli əvvəl başlayıb. Dünyada heç bir ölkədə keçirilən seçkilər bu qədər düşmən hücumlara məruz qalmır. ABŞ, İngiltərə və onların nəzarəti altında olan mətbuat, seçki qanuniliyini şübhə altına almaq üçün əllərindi gələn qeyri-adi səylərini davam etdirirlər. Məqsəd seçki prosesinə zərbə endirmək, xalqı rejimdən uzaqlaşdırmaqdır. Xalqımız tənqid və şikayət hüququna malikdir. Lakin seçkilərdə iştirak etməmək heç bir problemin həllinə töhfə vermiyəcək. Xalqımızın seçkilərə iştirakını istəmiyənlərin hədəfi ölkəmizi terrorçuların hərəkət sahəsinə çevirməkdən özgə heç nə deyil”, deyə ali rəhbər Xamenei vurğulayıb.



Әlaqәli Xәbәrlәr