İranın Ankaradakı səfiri Türkiyəyə təşəkkür edib

İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend yeni növ koronavirusla (Covid-19) mübarizə çərçivəsində Türkiyənin İrana göndərdiyi tibbi ləvazimat və humanitar yardıma görə təşəkkür edib.

1387728

Covid-19 epidemiyasının son illərdə dünyada görünməmiş böhrana səbəb olduğunu deyən Ferazmend  iqtisadi sanksiyalar tətbiq edən ABŞ-ın Avropa ölkələrinə İrana humanitar yardım göstərməsinə icazə vermədiyini söyləyib.
Səfir Ferazmend  deyib: "Bütün dünya  bu dağıdıcı virusa qarşı birgə mübarizə aparmalıdır''.

Məlumata görə, Türkiyənin Covid-19-la mibarizə çərçivəsində İrana göndərdiyi 10 ton tibbi ləvazimat və humanitar yardımı daşıyan İran ordusuna məxsus təyyarə səhər radələrində ölkəyə eniş edib.
Qeyd edək ki, İrana göndərilən tibbi ləvazimatlar arasında preparatlar, maskalar, xüsusi paltarlar,əlcəklər, eynəklər, termometrlər və  dezinfeksiyaedici maddələr var.

Әlaqәli Xәbәrlәr