İraq müəllimləri tətil etdi

Bundan əvvəl İraqda yüzlərlə müəllim maaşlarının gecikməsinə etiraz bildirmək və əmək haqqının ödənilməsini tələb etmək üçün nümayişlər təşkil etmişdilər.

1146963
İraq müəllimləri tətil etdi

  Hökumət normal təhsil səviyyəsini təmin etmədiyi üçün İraqın bir çox şəhərində müəllimlər iki günlük tətil edib.

  Müxtəlif şəhərlərdə müəllimlər Həmkarlar İttifaqlarının çağırışı ilə iki günlük tətilə çıxıblar.

  Təlim-tədris prosesində geriləmə yaradan, müəllim və tələbələrə mənfi təsir edən yeni maarif islahatı tətilə əsas səbəb olub. Belə ki, müəllimlər digər hökumət rəsmilərinə verilən hüquqlardan məhrum qalıblar, bundan sonra onlara qalmağa müvəqqəti ev (lojman) də verilməyəcək.

  Eyni zamanda, müəllimlər normal şərtlər daxilində yaxşı məktəb binasında çalışmaq istədiklərini bildirib.

  Qeyd edək ki, ölkədə yüzlərlə kərpicdən tikilmiş məktəb var. Bəzilərində üçlü təhsil var ki, bu da şagirdlərin təhsilinə mənfi təsir göstərir.

  Bundan əvvəl İraqda yüzlərlə müəllim maaşlarının gecikməsinə etiraz bildirmək və əmək haqqının ödənilməsini tələb etmək üçün nümayişlər təşkil etmişdilər.



Әlaqәli Xәbәrlәr