İraq ordusu terror tәşkilatı DEAŞ-a qarşı ölkәnin üç vilayәtindә әmәliyyatlar keçirir

Mәlumata görә, әmәliyyatlar ölkәnin Sәlahәddin, Mosul vә Әnbar vilayәtlәrinin müәyyәn bölgәlәrindә keçirilir.

1419113
İraq ordusu terror tәşkilatı DEAŞ-a qarşı ölkәnin üç vilayәtindә әmәliyyatlar keçirir

İraq ordusu terror tәşkilatı DEAŞ-a qarşı ölkәnin üç vilayәtindә әmәliyyatlar keçirir.

Mәlumata görә, әmәliyyatlar ölkәnin Sәlahәddin, Mosul vә Әnbar vilayәtlәrinin müәyyәn bölgәlәrindә keçirilir. İraq Hәrbi Hava Qüvvәlәrinә mәxsus döyüş tәyyarәlәri dә әmәliyyata dәstәk verir.

İraq ordusu mayın 16-da da  Diyala vilayәtinin müxtәlif bölgәlәrindә әmәliyyat keçirmişdi. Әmәliyyat zamanı terrorçuların mövqelәri hәdәf alınmışdı.

Terror tәşkilatı DEAŞ 2014-cü ilin iyun ayında Mosul, Sәlahәddin vә Әnbar vilayәtlәrinin tamamı ilә  Diyala vә Kәrkük  vilayәtlәrinin bir qismini nәzarәtinә keçirmişdi. Sözügedәn bölgәlәr daha sonra terror tәşkilatından geri alınmışdı. İraqın keçmiş baş naziri Heydәr әl-İbadi 2017-ci ilin dekabr ayında terror tәşkilatını mәğlub etdiklәrini açıqlamışdı.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ  xüsusilә Kәrkük, Diyala, Mosul, Sәlahәddin vә Әnbar vilayәtlәrindә hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr