İraqda DEAŞ-a ağır zәrbәlәr endirilib, çox sayda terrorçu mәhv edilib

Bu barәdә İraq Müdafiә Nazirliyinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib.

1303729
İraqda DEAŞ-a ağır zәrbәlәr endirilib, çox sayda terrorçu mәhv edilib

 

İraq Müdafiə Nazirliyi terror tәşkilatı DEAŞ-ın  Mosul vilayətinin Mahmur qәsәbәsindәki Karaçok dağındakı mövqelәrinә ağır zәrbәlәr endirib.

Bu barәdә İraq Müdafiә Nazirliyinin mәtbuat xidmәtindәn verilәn mәlumatda bildirilib. Mәlumatda bildirilib ki, beynәlxalq koalisiya qüvvәlәri terror tәşkilatı DEAŞ-ı mәhv etmәk mәqsәdilә Karaçok dağına 14 avia zәrbә endirib. Әmәliyyat çәrçivәsindә çox sayda terrorçunun öldürüldüyü bildirilib.

Terror tәşkilatı DEAŞ  2014-cü ilin iyun ayında Mosul başda olmaqla İraq torpaqlarının üçdә bir hissәsini nәzarәtinә keçirmişdi.

İraq qüvvәlәri 2017-ci ilin dekabr ayında hәmin әrazilәrin böyük bir hissәsini  nәzarәtinә keçirdiyini açıqlamışdı.

Qeyd edәk ki, terror tәşkilatı DEAŞ  Kәrkük , Diyala, Mosul, Sәlahәddin vә Әnbar vilayәtlәrindә hücumlar törәtmәyә davam edir.



Әlaqәli Xәbәrlәr