İraqda DEAŞ-ın hücumu

İraqın Ənbar vilayətində terror təşkilatı DEAŞ-ın hücumu nəticəsində üç polis əməkdaşı şəhid olub.

1532655
İraqda DEAŞ-ın hücumu

İraqın Ənbar vilayətində terror təşkilatı DEAŞ-ın hücumu nəticəsində üç polis əməkdaşı şəhid olub.
Ənbar vilayətinin mərkəzi Sakkar bölgəsində 3 polis əməkdaşını daşıyan mülki maşına terror təşkilatı DEAŞ üzvü terrorçular tərəfindən pusquya salınıb.
Ənbar Polis Şöbəsindən polis kapitan Əhməd Duleymi terrorçuların üç polis əməkdaşını öldürdüyünü və bir mülki maşını yandırdığını və yandırmağa cəhd etdikləri bir tankerin sürücüsünü oğurladıqlarını söyləyib.
Əhməd Duleymi sürücünün taleyinin bilinmədiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr