İraqda hərbi bazaya hücum edilib

Amerika Birləşmiş Ştatları (ABŞ) Haşdi Şabi qüvvələrinin İraqın Babil əyalətindəki qərargahına hava hücumu təşkil edib.

2130051
İraqda hərbi bazaya hücum edilib

Amerika Birləşmiş Ştatları (ABŞ) Haşdi Şabi qüvvələrinin İraqın Babil əyalətindəki qərargahına hava hücumu təşkil edib.
Bu barədə Haşdi Şabi qüvvələrinin rəsmi ''Facebook'' səhifəsində edilən paylaşımda bildirilib.
“ABŞ Babildəki Kalso hərbi bazasındakı Kalkan, Seraya əl-Cihad və Nuhba Müdirliklərinə  hava hücumu təşkil edib'',-deyə paylaşımda vurğulanıb.
Açıqlamada hücumda ölən və yaralanan olmadığı bildirilib.
Haşdi Şabi  tərəfindən verilən bəyanatda deyilir: 
"Babilin şimalındakı Kalso bazasındakı Həşdi Şabi qərargahında partlayış baş verib. İstintaq qrupu hadisə yerinə gəlib. Partlayış maddi ziyana səbəb olub. Partlayış nəticəsində yaralananlar da olub''.
Bəyanatda hadisə nəticəsində 7 əsgərin yaralandığı iddia edilib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabından edilən paylaşımda bu ifadələrə yer verilib: "Bu gün ABŞ-ın İraqa hava hücumu təşkil etdiyi ilə bağlı xəbərlər yayılıb. Bu xəbərlər həqiqəti əks etdirmir. ABŞ bu gün İraqda heç bir hava hücumu həyata keçirməyib".


Etiketlәr: #Haşdi Şabi , #ABŞ , #İraq

Әlaqәli Xәbәrlәr