İraqda hökumət ələyhinə etiraz aksiyaları yeniden başladı

İraqın paytaxtı Bağdadda genişmiqyaslı təhlükəsizlik tədbirləri altında hökumət əleyhinə aksiyalar yenidən başladı.

1282103
İraqda hökumət ələyhinə etiraz aksiyaları yeniden başladı

İraqın paytaxtı Bağdadda genişmiqyaslı təhlükəsizlik tədbirləri altında hökumət əleyhinə aksiyalar yenidən başladı.

Komendant saatının davam etdiyi Bağdadda şəhərin müxtəlif yerlərindən Təhrir meydanına gəlməyə cəhd göstərən aksiyaçılar hökumət əleyhinə şüarlar səsləndirərək, etirazlarını davam etdirdilər.

Təhlükəsizlik qüvvələri aksiyaçıların Təhrir meydanına girməməsi üçün tədbirləri artırıb.

Bağdad və digər şəhərlərdə aksiyaların yenidən alovlanacağı gözlənilir.

​​İraqdakı şiələrin ən böyük dini xadimi olan Əli es-Sistani yaydığı açıqlamada, prezident Berhem Saleh, baş nazir Adil Əbdulmehdi və parlament sədri Məhəmməd əl-Halbusini Bağdadda və ölkənin cənub şəhərlərində davam edən aksiyalara qarşı "real islahatlar" aparmağa çağırdı.

Sədr Hərəkatının lideri Muqtada əl-Sədr nümayişçilərin tələbləri yerinə yetirilənə qədər ona sadiq millət vəkillərini “parlament işini dayandırmağa” çağırdı.

Bağdad və ölkənin cənub şəhərlərində oktyabrın 1-dən bəri keçirilən aksiyalarda "korrupsiya, işsizlik və dövlət qulluğunun olmaması" səbəbindən 42 nəfər ölüb, 2500-ə yaxın insan yaralanıb.



Әlaqәli Xәbәrlәr