İraqda oktyabrın 1-dən bəri hökumət əleyhinə keçirilən etiraz aksiyalarında ölənlərin sayı

İraqda oktyabrın 1-dən bəri hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 104 nəfər ölüb, 6 min 107 nəfər yaralanıb.

1283032
İraqda oktyabrın 1-dən bəri hökumət əleyhinə keçirilən etiraz aksiyalarında ölənlərin sayı

İraqda oktyabrın 1-dən bəri hökumət əleyhinə keçirilən etiraz aksiyalarında 104 nəfər ölüb, 6 min 107 nəfər yaralanıb.

İraq Daxili İşlər Nazirliyinin sözçüsü Saad Maan paytaxt Bağdadda oktyabrın 1-dən bəri hökumət əleyhinə keçirilən etiraz aksiyaları ilə bağlı mətbuat konfransında açıqlama verib.

Maan 1 oktyabr tarixindən etibarən Bağdad və cənub şəhərlərində hökumət əleyhinə nümayişlərdə cəmi 104 nəfərin, o cümlədən mülki və təhlükəsizlik işçilərinin öldürüldüyünü ifadə edib.

Aksiyalar zamanı 51 dövlət və özəl qurumun yandırıldığını bildirən Maan 8 partiya binasına da od vurulduğunu qeyd edib.

Nazirlik sözçüsü Maan ayrıca iki polis nəzarət məntəqəsinin yandırıldığını da deyib.

Digər tərəfdən, İraq rəhbərliyi nümayişçilərə və təhlükəsizlik qüvvələrinə qarşı zorakılıq tətbiq edənlərə qarşı istintaq işlərinin başlanmasının vacibliyini bildirib.

İraq Prezidentinin Mətbuat Ofisinin verdiyi məlumata görə, prezident Berhem Saleh Bağdadda Məclis sədri Məhəmməd əl-Halbusi və Ali Məhkəmə Şurasının sədri Faik Zidan ilə görüşüb.

İctimai təhlükəsizliyin qorunmasının vacibliyinə işarə edən Salih və Halbusi nümayişçilərə və təhlükəsizlik qüvvələrinə qarşı araşdırmaların aparılmasının zəruriliyini vurğulayıblar.

Görüşdə bəzi telekanallara naməlum şəxslərin hücumları ilə bağlı istintaqın aparılmasının zəruriliyi də dilə gətirilib.



Әlaqәli Xәbәrlәr