İraqda üç nәfәr terror aktının qurbanı olub

Bu barәdә Diyala Polis İdarәsindәn verilәn mәlumatda bildirilib.

1418659
İraqda üç nәfәr terror aktının qurbanı olub

 

İraqın şәrqindәki Diyala şәhәrindә terror tәşkilatı DEAŞ-ın törәtdiyi iki ayrı hücum nәticәsindә biri mülki vәtәndaş olmaqla üç nәfәr hәlak olub.

Bu barәdә Diyala Polis İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, terror tәşkilatı DEAŞ-ın Haşdi Şabinin Diyala şәhәrinin әl-Bumera kәndindәki nәzarәt mәntәqәsinә tәşkil etdiyi hücumdan sonra qarşıdurma baş verib. Qarşıdurma zamanı 2 tәhlükәsizlik xidmәti әmәkdaşının hәlak olduğu, 2-nin dә yaraşandığı bildirilib.

Bağdad Polis İdarәsindәn verilәn mәlumatda isә Bağdadın şimalında DEAŞ tәrәfindәn girov götürülәn 25 yaşlı mülki vәtәndaşın terrorçular tәrәfindәn öldürüldüyü bildirilib.



Әlaqәli Xәbәrlәr