İraqın XİN rәhbәri İrana sәfәr edib

Bu barәdә İranın rәsmi İRNA xәbәr agentliyi mәlumat yayıb.

1591800
İraqın XİN rәhbәri İrana sәfәr edib

 

İraqın xarici işlәr naziri Fuad Hüseyn İrana sәfәr edib.

Bu barәdә İranın rәsmi İRNA xәbәr agentliyi mәlumat yayıb. Mәlumata görә, bu gün sabah saatlarında Tehrana sәfәr edәn Fuad Hüseyn İranın Milli Tәhlükәsizlik Şurasının Baş katibi Әli Şemhani ilә bir araya gәlib.

Fuad Hüseyn vә Әli Şemhani ikitәrәfli vә regonal mövzular әtrafında fikir mübadilәsi aparıblar. Fuad Hüseynin İranın digәr rәsmilәri ilә dә görüş keçirmәsi gözlәnilir.

Sәfәrin Amerika Birlәşmiş Ştatlarının İraqda törәdilәn hücumlarla әlaqәdar Suriyada İran tәrәfindәn dәstәklәnәn qruplaşmalara aid olan bölgәyә hava hücumu tәşkil etmәsindәn sonra hәyata keçirilmәsi diqqәt çәkdi.



Әlaqәli Xәbәrlәr