İsrail Fələstin müqavimət qruplarına avia hücum təşkil edib

İsrail qırıcı təyyarələri Qəzza zolağında Fələstin müqavimət qruplarına məxsus iki qərargaha aviazərbələr endiriblər.

1658980
İsrail Fələstin müqavimət qruplarına avia hücum təşkil edib

Fələstin Səhiyyə Nazirliyi hücumda xəsarət olub-olmaması ilə bağlı açıqlama verməyib.

İsrail ordusunun açıqlamada isə hava hücumunun Qəzzadan İsrail tərəfinə göndərilən yanan şarlara cavab olaraq təşkil edildiyini bildirilib.

İsrail ordusu mayın 21-də elan edilən atəşkəsdən sonra ilk dəfə Qəzzaya hücum edib.

Qeyd edək ki, İsrailin mühasirəsi altında  olan Qəzza zolağına 10 Mayda başlatdığı hücumlar, Həmas ilə əldə edilən atəşkəs çərçivəsində 21 Mayda sona çatıb. İsrailin Qəzzaya hücumlarında 66-sı uşaq, və 39-ü qadın olmaqla 254 fələstinli həyatını itirib.  



Әlaqәli Xәbәrlәr