Kərkükdə terror aktı törətməyə hazırlaşan DEAŞ üzvləri həbs olundu

İrakın Kərkük şəhərinin cənubunda təhlükəsizlik qüvvələri tərəfindən aparılan iki əməliyyatda şəhərdə terror aktı törətməyə hazırlaşan 12 DEAŞ üzvü həbs olundu.

1103802

İraqın mərkəzi hökumətinə tabe olan Terrorla Mübarizə Polis Qüvvələrinin 2-ci diviziyasının komandiri Maan əs-Saidi Kərkükün cənubunda təhlükəsizlik qüvvələri tərəfindən başladılan əməliyyatlarda terrorçularla yanaşı çox sayda silah-sursatın də ələ keçirildiyini bildirdi.

Səidi: "Həbslər şəhərin cənubunda keçirilən əməliyyatlar zamanı həyata keçirildi. Bölgədən gələn məlumatları dəyərləndirilərək əməliyyat başladıldı" dedi.

Həbs olunan terrorçuların Kərkük şəhər mərkəzində terror aktı törətməyə hazırlaşdıqlarını qeyd edən Saidi: "Kərkükdə şəhər mərkəzinə qeyri-qanuni yollarla gələrək burada terror hücumu təşkil etmək və şəhərin təhlükəsizliyini pozmaq istəyənlərin hamısı həbs olundu" dedi.

Әlaqәli Xәbәrlәr