Koalisiya qüvvələri Husilərə hücum təşkil etdi

Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri Husilərin nəzarətindəki paytaxt Sanada hərbi mövqeyə hücum təşkil etdilər.

1187366
Koalisiya qüvvələri Husilərə hücum təşkil etdi

Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri Husilərin nəzarətindəki paytaxt Sanada hərbi mövqeyə hücum təşkil etdilər.
 
 Səudiyyə Ərəbistanı informasiya agentliyi SPA-nın yaydığı xəbərə görə, koalisiya qüvvələrinin sözçüsü Turki əl Maliki Husi milislərinin pilotsuz hava aparatı (PUA) anbarı kimi istifadə etdiyi hərbi mövqeyə hava hücumunun təşkil edildiyini bildirib.
 
PUA-ların terror hücumlarında istifadə edildiyini bildirən Maliki sözügedən hücumların ilin əvvəlində Husilərin logistika mərkəzlərinin vurulması üçün keçirilən əməliyyatın davamı xarakterində olduğunu qeyd edib.
 
 Turki əl-Maliki sözügedən hücumda mülki vətəndaşların zərər görməməsi üçün lazımi tədbirlərin görüldüyünü də dilə gətirib.
 
 Husilər isə məsələ ilə bağlı hələ açıqlama verməyiblər.
 
 Xatırladaq ki, Husilər 2014-cü ilin sentyabrından bu yana paytaxt Sana ilə yanaşı bəzi bölgələrin nəzarətini ələ keçiriblər. Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələri isə  2015-ci ilin martından etibarən Yəmən hökumətinə Husilərə qarşı  dəstək verir.



Әlaqәli Xәbәrlәr