Koalisiya qüvvələri Kərkük şəhərindən çıxıb

İraqın Kərkük şəhərində yerləşən K1 hərbi bazasındakı koalisiya qüvvələri geri çəkilib.

1387244
Koalisiya qüvvələri Kərkük şəhərindən çıxıb

İraqın Kərkük şəhərində yerləşən K1 hərbi bazasındakı koalisiya qüvvələri geri çəkilib.
Kərkükdəki əməliyyatlardan məsul komandir general-leytenant Saad Harbiye terror təşkilat DEAŞ əleyhinə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Kərkükdəki K1 hərbi bazasından çəkildiyini və bölgənin nəzarətinin İraq qüvvələrinə keçdiyini bildirib.
Harbiye koalisiya qüvvələrinin şəhərin təhlükəsizliyinə verdiyi töhfədən məmnun olduqlarını söyləyib.
Terror təşkilatı DEAŞ ilə mübarizədə koalisiya qüvvələrinin İraq qüvvələrini xüsusilə kəşfiyyat və təhsil sahəsində dəstəklədiyini bildirən Harbiye hərbi, inzibati və maddi silah-sursatın İraq tərəfinə təhvil verildiyini də bildirib.
Qeyd edək ki, İraqda ABŞ-a bağlı 9 hərbi baza var.
Paytaxt Bağdaddakı Taci hərbi bazasında son aylarda üç raket hücumu həyata keçirilib, Kaim hərbi baza da son aylarda müxtəlif hücumlara məruz qalıb.



Әlaqәli Xәbәrlәr