Koalisiya qüvvələri xəstəxanaya hücum təşkil etdi

ABŞ-nın başçılıq etdiyi koalisiya təyyarələri Suriyanın Deyrizor vilayətinin Həccin rayonunda xəstəxanaya avia hücum təşkil ediblər.

1104488
Koalisiya qüvvələri xəstəxanaya hücum təşkil etdi

Koalisiya komandirliyindən yayılan yazılı bəyanatda, 9 Dekabrda terror təşkilatı DEAŞ üzvlirinin koalisiya ortaqlarını hədəf götürdükləri hücumda Həccin Xəstəxanasından istifadə etdilər.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Polkovnik Rob Manning də mətbuata verdiyi açıqlamada terroristlərin xəstəxanalardan istifadə etmələri qəbul edilməzdir deyib.

Qeyd edək ki, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin Oktyabr ayında Deyrizor vilayətindəki məcsidləri hədəf götürdükləri hücumlarda çox sayda dinç sakin həyatını itirmişdi.

Yerli mənbələrdən əldə edilən məlumata görə koalisiya qüvvələrinin 22 oktyabrda Həccin rayonunda, Zevin məscidi hədəfə götürdükləri hücum nəticəsində 7 nəfər ölmüş, 21 oktyabrda həyata keçirdikləri hücumlarda isə 6, 19 Oktyabrda 16 dinc sakini həyatını itirmişdi.

 



Әlaqәli Xәbәrlәr