Korona virusu Suriyaya da yayılır

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyasından verilən yazılı açıqlamada bildirilir

1386885
Korona virusu Suriyaya da yayılır

 

  Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyası korona virusu epidemiyasının Suriyaya da yayıldığını bildirərək ölkədə daha böyük faciə yaşanmasın deyə "atəşkəs və təxirəsalınmaz tədbirlər" tələb etdi.

  Komissiyadan verilən yazılı açıqlamada bildirilir:

  “Suriyada “Covid-19”a ilk yoluxma aşkarlanıb. Tərəflər qarşıdurmanı dayandırmalı və gələcək fəlakətlərin qarşısını almaq üçün təcili tədbirlər görməlidirlər.

  9 ildən çoxdur davam edən vətəndaş müharibəsində Suriyanın səhiyyə sistemi ciddi şəkildə zəifləyib.

  Ümumdünya Səhiyyə Təşkilatından verilən məlumata görə, ölkədəki xəstəxanaların 64, ilkin tibbi yardım poliklinikalarının 52 faizi işlək vəziyyətdədir. Səhiyyə işçilərinin 70 faizi ölkəni tərk etmək məcburiyyətində qalıb. Bu, dövlət tibb müəssisələrinin hədəf alınmasının nəticəsidir. Dövlət xəstəxanalarında çalışan həkimlər, tibb bacıları və səhiyyə könüllüləri illərdir hədəfə alınır, həbs edilir və ya öldürülür.”

  Beynəlxalq Müstəqil Suriya Araşdırma Komissiyası 2 mart tarixində yaydığı Suriya hesabatında Bəşər Əsəd ordusunun da ölkənin səhiyyə ocaqlarına və mülki qurumlara zərbə vurduğunu qeyd edib.



Әlaqәli Xәbәrlәr