Əli Xamneyi :“Düşmənlər İran ilə İraq arasında ziddiyyət yaratmağa cəhd göstərirlər"

İranın lideri Əli Xamneyi “düşmənlərin” İran ilə İraq arasında ziddiyyət yaratmağa cəhd göstərdiyini, ancaq bunda uğurlu ola bilməyəcəklərini söyləyib.

1282794

Xamneyi şəxsi “Twitter” səhifəsində verdiyi açıqlamada İraqın paytaxtı Bağdad olmaqla, bəzi şəhərlərdə davam edən hökumet əleyhinə etiraz aksiyalarına münasibət bildirib.

İran ilə İraq xalqının birbirinə sadiq olduğunu və bu sədaqətin günbəgün daha da güclənəcəyini vurğulayan Xamneyi “Düşmənlər aramızı vurmağa cəhd göstərirlər, ancaq bunda uğurlu ola bilməyəcəklər və onların bu oyunları nəticəsiz qalacaq” ifadələrini işlədib.

Qeyd edək ki, oktyabrın 1-də İraqda yoxsulluq, işsizlik və korrupsiyaya etiraz olaraq hökumət əleyhinə aksiyalar başlayıb.

Bağdad və digər şəhərlərdə küçələrə çıxan insanlar hökumətin istefasını tələb ediblər. Bir sıra yerlərdə, o cümlədən Bağdadda dinc aksiyalar kütləvi iğtişaşa və təhlükəsizlik qüvvələri ilə toquşmalara çevrilib. 

Әlaqәli Xәbәrlәr