Mayk Pompeo Məhəmməd ibn Salmanla  görüşüb

ABŞ Dövət katibi Mayk Pompeo Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanla görüşüb.

1272267
Mayk Pompeo Məhəmməd ibn Salmanla  görüşüb

Bu barədə Pompeo sosial media hesabında yazıb. O, Məhəmməd ibn Salmanla Səudiyyə neft obyektlərinə  endirilən zərbələri müzakirə etmk üçün görüşdüklərini bildirib və İranın neft obyektlərinə hücumlarının qəbuledilməz olduğunu vurğulayıb.

Qeyd edək ki, Pompeo Səudiyyə Ərəbistanı neft müəssisələrinə endirilən zərbələrə görə İranı günahlandırır.

ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus da Pompoe-Muhammad İbn Salman arasında baş tutan danışıqla bağlı yazılı açıqlamasında: "Pompeo və vəliəhd şahzadə arasında baş tutan danışıqlarda İranın Səudiyyə Ərəbistanındakı neft obyektlərinə hücumları müzakirə edilib. İranın hücumlarının Səudiyyə Ərəbistanındakı Amerikalı hərbçilər üçün də təhlükə təşkil etdiyinə diqqət çəkilib və hücumun müharibə səbəbi olabiləcəyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr