N. Paşinyan: "Ordu siyasətə qarışa bilməz və xalqın seçki iradəsinə tabe olmalıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Respublika meydanında keçirdiyi mitinq zamanı tərəfdarlarının qarşısında çıxış edib.

1590951
N. Paşinyan: "Ordu siyasətə qarışa bilməz və xalqın seçki iradəsinə tabe olmalıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Respublika meydanında keçirdiyi mitinq zamanı tərəfdarlarının qarşısında çıxışı zamanı Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə qərarı imzaladığını xatırladıb.

N. Paşinyan bildirib ki, məsələ ilə bağlı Ermənistan prezidenti ilə telefon danışığı olub. Baş nazir əlavə edib ki, ölkə prezidenti O. Qasparyanın işdən azad edilməsi ilə bağlı qərarı təsdiqləməlidir.

N. Paşinyan, Baş Qərargah rəisi təyin etdiyi və müharibə zamanı inandığı Onik Qasparyanın səhv etdiyini qeyd edib: “Xalqı davamlı sarsıntılara məruz qoymağa ehtiyac yoxdur. Mən ordunun xalqa qarşı çıxmasına icazə verməyəcəyəm. Ordu siyasətə qarışa bilməz və xalqın seçki iradəsinə tabe olmalıdır”.

Ermənistan Müdafiə Nazirliyi isə yaydığı bəyanatda bildirib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri vətənin sərhədlərinin qorunmasını tam həyata keçirir və təhlükəsizliyini təmin edir. Ordu siyasətdən kənar quruluşdur, Silahlı Qüvvələri hər hansı siyasi prosesə cəlb etmək üçün bütün cəhdlər yolverilməzdir.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyanı istefaya çağıran bəyanat yayıb.

N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 

Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. 

Kremlin mətbuat xidmətinin məlumatına görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə olunub.

Vladimir Putin Ermənistanda asayişin və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb və tərəfləri təmkinli olmağa çağırıb. 



Әlaqәli Xәbәrlәr