Pəncə-Qaplan əməliyyatı bölgəsində terrorçuların sığınacaq yerləri məhv edilib

PKK-ya məxsus sığınacaq yer və mağaralarda əl istehsalı partlayıcı maddələr də daxil olmaqla silah-sursat və yaşayış materialları ələ keçirilib.

1496035
Pəncə-Qaplan əməliyyatı bölgəsində terrorçuların sığınacaq yerləri məhv edilib

İraqın şimalındakı Pəncə-Qaplan əməliyyatı bölgəsində terror təşkilatı PKK-ya məxsus sığınacaq yer və mağaralarda əl istehsalı partlayıcı maddələr də daxil olmaqla silah-sursat və yaşayış materialları ələ keçirilib.
Milli Müdafiə Nazirliyinin açıqlamasında Şimali İraqdakı terror hədəflərinə qarşı Pəncə-Qaplan əməliyyatının uğurla davam etdiyi bildirilib.
Açıqlamada komandolar tərəfindən aşkarlanan sığınacaq və mağaralarda aparılan axtarıx fəaliyyətləri nəticəsində müxtəlif sayda silah-sursat və yaşayış materialları ələ keçirildiyi qeyd olunub.
Digər tərəfdən, terror təşkilatı PKK-nın təxribatçısı olan və narıncı kateqoriyada axtarılan "Baver-Çektar" kod adlı terrorçu Amasiya şəhərində Erzincan polisinin koordinasiyasında təşkil olunan əməliyyatda üzərindəki əl bombası ilə intihar etmək istəyərkən zərərsizləşdirilib və yaxalanıb. Terrorçu aparıldığı məhkəmə tərəfindən həbs olunub.



Әlaqәli Xәbәrlәr